Arıqlamaq üçün sirkə turşusu içən 34 yaşlı Sumqayıt şəhər sakini zəhərlənərək ölüb
Arıqlamaq üçün sirkə turşusu içən 34 yaşlı Sumqayıt şəhər sakini zəhərlənərək ölüb
“Sizinxeber.az”un yerli bürosu məlumat verir ki,Sumqayıt şəhər İnşaatçılar qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü Əlixanov Yusif Aydəmir oğlu zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, o, arıqlamaq məqsədilə sirkə turşusu qəbul etdikdən sonra halı pisləşib. Y.Əlixanov əvvəlcə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən Kliniki Toksikologiya Mərkəzinin reanimasiya şöbəsinə köçürülüb. Həkimlərin səylərinə baxmayaraq, Yusif Əlixanov reanimasiya şöbəsində həyatını itirib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Gəncədə sirkə turşusu içən gənc qız Bakıda xəstəxanada ölüb
Gəncədə sirkə turşusu içən kişi xəstəxanada ölüb
Gəncədə tələbə sevdiyi qıza görə sirkə turşusu içib
Sumqayıtda 70 yaşlı qadın ehtiyatsızlıqdan sirkə turşusunu içərək ölüb
Gəncədə sirkə turşusu içən qadın xəstəxanada ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













