sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Sabunçuda avtomobili qəsdən yandıran şəxslər saxlanılıblar - VİDEO
İyulun 27-də Sabunçu rayonu ərazisində paytaxt sakininə məxsus “VAZ-2109” markalı avtomobilin yanması barədə polisə məlumat daxil olub.
DİN-dən APA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobilin qəsdən yandırılması müəyyən olunub. Həmin əməli törətməkdə şübhəli bilinən Məmməd Cabarov və əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Ruslan Xəmmədov saxlanılıblar.
Onlar ifadələrində nəqliyyat vasitəsini qaçırmaq istədiklərini, lakin niyyətlərinin baş tutmadığını görüb, avtomobili qəsdən yandırdıqlarını bildiriblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Balaxanıda yük maşınından 600 litr yanacaq oğurlanıb
Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar
Sabunçuda 10 min manatlıq oğurluq edib, gözətçini hədələyərək qaçan 2 nəfər saxlanılıb
Suraxanıda avtomobil qaçıran 3 yeniyetmə saxlanılıb
Bakıda silsilə oğurluq edən şəxslər tutulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













