Yanğın təhlükəsizliyində nöqsanlara yol verən karaoke klubun fəaliyyəti dayandırılıb
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ev 103 C ünvanında yerləşən “İcon-karaoke” klubunda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkarlanıb.
Nazirlikdən "Report"a verilən məlumata görə, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
FHN əməkdaşları hesab ediblər ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Bununla bağlı olaraq Bakı şəhəri, Nərimanov rayonu, ev 103 C ünvanında yerləşən “İcon-karaoke” klubunun fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
Oxşar xəbərlər
Xaçmazda yanğın təhlükəli avtotəmir sexinin fəaliyyəti dayandırılıb
Cəlilabadda mebel fabrikinin fəaliyyəti dayandırılıb
Ağstafada yanğın təhlükəli restoranın fəaliyyəti dayandırılıb - VİDEO
Bakıda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb - VİDEO
Bakıda yanğın təhlükəli restoranın fəaliyyətini dayandırılıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













