Hacıqabulda təcili yardım maşını qəzaya uğrayıb, ölən və yaralananlar var - YENİLƏNİB
Hacıqabulda təcili yardım maşının qəza etməsi nəticəsində ölən və yaralılar var.
Sizinxeber.az-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Nəvahi kəndindən keçən hissəsində qeydə alınıb.
Füzuli rayonunun Böyük Bəhmənli kənd sakini, 1971-ci il təvəllüdlü Həmzəyev Namiq Marif oğlunun idarə etdiyi təcili yardım maşınının dəmir səddə çırpılması nəticəsində Füzuli rayon sakini, 1993-cü il təvəllüdlü Qurbanlı Rəsul ölüb, sürücü və həkim Füzuli rayonunun Araz Dilağarda kənd sakini, 1965-ci il təvəllüdlü Quliyev Əliağa Təhməz oğlu müxtəlif xəsarətlərlə Şirvan xəstəxanasıa yerləşdirlib. Avtomobildə olan sərnişin hadisə yerində ölüb. Onun şəxsiyyəi müəyyənləşdirlilir.
Qeyd edək ki, Füzuli xəstəxanasının təcili yardım maşını Bakıya xəstə aparıb geri qayıdarkən qəzaya düşüb.
Faktla bağlı araşdırma aparılır.
***
07:40
Hacıqabulda təcili yardım maşını qəzaya uğrayıb.
Sizinxeber.az-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Hacıqabul rayonunun Nəvahi kəndindən keçən hissəsində baş verib.
Təcili yardım maşınının dəmir səddə çırpılması nəticəsində bir nəfər ölüb, iki nəfər isə ağır vəziyyətdə Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Hacıqabulda təcili yardım maşını qəzaya uğrayıb, ölən və yaralananlar var
Babək rayonunda çağırışa gedən təcili tibbi yardım avtomobili qəzaya uğrayıb
Hacıqabulda baş verən qəzada 4 nəfər xəsarət alıb
Şəkidə yük maşını aşıb, ölən və xəsarət alan var - FOTO
Zaqatala-Bakı avtobusu qəza edib, 8 nəfər xəsarət alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













