Şəkidə ötən gün dağlıq ərazidə başlayan yanğın söndürülüb - VİDEO - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Şəkidə ötən gün dağlıq ərazidə başlayan yanğın söndürülüb - VİDEO - YENİLƏNİB


Şəkidə ötən gün dağlıq ərazidə başlayan yanğın söndürülüb.

Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, iyulun 30-u günorta saatlarından başlayaraq rayonun Cumakənd kəndinin inzibati ərazisinin dağlıq hissəsində kol-kos, quru ot və biçilmiş taxıl sahələrindəki yanğın bu gün günorta saatlarında tam söndürülüb.

Yanğın nəticəsində 800 hektar sahədə kol-kos, quru ot və xırda ağaclar, 60 hektar sahədə isə biçilmiş taxıl sahəsi yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

***
23:03

Şəkidə bir sıra çöllük ərazilərdə yanğın hadisəsi qeydə alınıb.

Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, bu gün günorta saatlarından rayonun Cumakənd kəndinin inzibati ərazisindəki dağlıq ərazidə, kol-kos, quru ot və biçilmiş taxıl sahələrində yanğın başlayıb.

Artıq 8 saatdır ki, ərazidə yanğın davam edir. Yanğının 100 hektardan çox ərazini əhatə etdiyi bildirilir.

Yanğının söndürülməsinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və 50-dən çox şəxsi heyəti cəlb edilib.

Oxşar xəbərlər

Şəkidə çətin relyefli dağlıq ərazidə yanğın başlayıb
Şəkidə dağlıq ərazidə yanğın başlayıb - VİDEO
Şəkidə 15 hektar sahədə yanğın olub
Zəngilanın Şəfibəyli kəndində 120 hektar sahədə kol-kos, biçilmiş taxıl sahəsi yanıb - VİDEO
Zaqatalada açıq ərazidə yanğın olub - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle