Ermənistan silahlı qüvvələrinin basdırdığı minanın partlaması nəticəsində yaralanmış AzTV əməkdaşı məhkəmədə ifadə verib
İyulun 31-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində zərərçəkmiş şəxs Emin Məmmədov ifadəsində AzTV-nin əməkdaşı qismində çəkilişlər üçün Kəlbəcərə ezam olunduğunu, 2021-ci il iyunun 4-də nəqliyyat vasitəsilə hərəkət edərkən rayonun Susuzluq kəndində Ermənistan silahlı qüvvələrinin basdırdığı tank əleyhinə minanın partladığını bildirib.
Sizinxeber.az xəbər verir ki, o, hadisə nəticəsində AzTV-nin operatoru Sirac Abışovun, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimovun və Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Arif Əliyevin şəhid olduğunu, özü də daxil olmaqla dörd nəfərin bədən xəsarətləri aldığını söyləyib.
E.Məmmədov dövlət ittihamçısının suallarına cavabında hadisə baş verən yolun əvvəllər istifadə edilmiş yol olduğunu bildirib. “Fikrimcə, mina diversiya nəticəsində sonradan yerləşdirilib”, - deyə o əlavə edib.
Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərin də suallarını cavablandırıb.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Oxşar xəbərlər
Medianın İnkişafı Agentliyi Rusiyanın media nümayəndələrinin həlak olması ilə əlaqədar başsağlığı verib
Şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
Ruben Vardanyanın məhkəməsində zərərçəkmişlər və hüquqi varislər ifadə verib
Ruben Vardanyanın məhkəməsində zərərçəkmişlər və hüquqi varislər ifadə verib - FOTO
Ruben Vardanyanın məhkəməsində Ermənistanın mina terrorunun qurbanları danışıb: Bir gündə iki oğlumu itirdim
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident İlham Əliyevin doğum günüdür












