Xəzər sahilinə tullantı atan 55 nəfər cərimə olunub
Polis əməkdaşları tərəfindən digər müvafiq dövlət qurumları ilə birgə Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyin təmin edilməsi məqsədilə profilaktik tədbirlər davam etdirilir.
DİN-dən Sizinxeber.az-ya verilən xəbərə görə, Bakı və Sumqayıt şəhərlərində, Xaçmaz və Lənkəran rayonlarında sahilboyu ərazilərdə aparılan növbəti tədbirlər zamanı məişət tullantılarının təyin olunmuş yerlərdən kənara atılması və tullantı sularının kənara təyinatsız axıdılması halları aşkar edilib.
Paytaxtın Xəzər, Səbail, Qaradağ, Pirallahı, Suraxanı rayonlarında 25, Sumqayıt, Xaçmaz və Lənkəranda isə 30 nəfərin məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atması, texniki və tullantı sularını kənara təyinatsız axıtması müəyyən edilib.
Həmin şəxslər barəsində polis əməkdaşları tərəfindən inzibati tədbir görülüb. Ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində profilaktik tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Sahilboyu ərazilərin çirklənməsinə görə 14 nəfər cərimə olunub
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslər cərimələnib
Sahilboyu əraziləri çirkləndirən 14 nəfər barəsində inzibati tədbirlər görülüb
Polis sahilyanı əraziləri zibilliyən 20 nəfəri cərimələyib
Sanitariya-gigiyena qaydaları ilə bağlı tədbirlər gücləndirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













