Rusiya DİN: Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski axtarışa verilib
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski axtarışa verilib.
Sizinxeber.az xəbər verir ki, Şahin Şıxlinski Rusiya Daxili İşlər Nazirliyinin rəsmi məlumat bazasında axtarışda olan şəxslər siyahısına daxil edilib.
O, Rusiya Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarılır.
Qeyd edək ki, iyulun 17-də Rusiya KİV-də Şahin Şıxlinski barədə federal axtarış elan edilməsi ilə bağlı məlumatlar dərc olunub. Məlumata görə, Şahin Şıxlinski hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham olunur.
Xatırladaq ki, Şahın Şıxlinski iyulun 1-də Yekaterinburq şəhərində sərt şəkildə saxlanılıb, daha sonra sərbəst buraxılmışdı.
Saxlanma zamanı hüquq-mühafizə orqanı əməkdaşlarından biri xəsarət alıb.
Hadisə ilə bağlı Şıxlinskinin oğlu Mutvali Şıxlinski saxlanılıb və hazırda barəsində hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə maddəsi ilə cinayət işi açılıb.
Barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
KİV: Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski axtarışa verilib
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski axtarışa verilib
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barədə cinayət işi açılıb, oğlu saxlanılıb - YENİLƏNİB-2
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum olub- YENİLƏNİB-1
Şahin Şıxlinskinin oğlu barəsində həbs qərarı qüvvədə saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













