Sumqayıtda qardaşlar arasında mübahisə qanla bitib
sizinxeber.az xəbər saytı

Sumqayıtda qardaşlar arasında mübahisə qanla bitib


Sumqayıt şəhərinin Corat qəsəbəsində ailədaxili münaqişə zamanı iki qardaş bir-birinə ağır xəsarətlər yetirib.

“Sizinxeber.az”un yerli bürosu məlumat verir ki, hadisə 1982-ci il təvəllüdlü Əsgərov Nəcəf Raqib oğlu ilə qardaşı, 1985-ci il təvəllüdlü Əsgərov Mehti Raqib oğlu arasında baş verib.

İlkin məlumata görə, mübahisə zamanı Nəcəf Əsgərov qardaşına dəmir parçası ilə baş nahiyəsindən zərbə endirib. Mehti Əsgərov isə cavab olaraq əlində olan bıçaqla Nəcəf Əsgərovu yaralayıb.

Hər iki şəxs xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Sumqayıt Tibb Mərkəzindən “Sizinxeber.az”un yerli bürosuna bildirilib ki, Təcili Tibbi Yardım Xəstəxanasına 2 nəfər (kişi cinsli) hospitalizasiya olunub. Bazu və saidin kəsilmiş yarası, kəllənin kəsilmiş çoxsaylı yaraları diaqnozları təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib: "Hazırda 1 nəfərin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti qənaətbəxşdir. Vəziyyəti stabil olan digər şəxs isə ambulator müalicə üçün evə buraxılıb".

Oxşar xəbərlər

Sumqayıtda qardaşlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib
Sumqayıtda 40 yaşlı kişi bıçaqlanıb, saxlanılan var
Sumqayıtda baş verən partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb – YENİLƏNİB
Sumqayıtda gənclər arasında münaqişə bıçaqlanma ilə nəticələnib, saxlanılan var
Sumqayıtda bıçaqlanan şəxslərin vəziyyəti məlum olub – YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle