Şərurda 16.5 ton ot bağlaması yanıb
sizinxeber.az xəbər saytı

Şərurda 16.5 ton ot bağlaması yanıb


Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şərur rayon Xələc kəndində tövlədə və ot bağlamalarında yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən "Report"un yerli bürosuna verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın hadisəsi nəticəsində ümumi sahəsi 105 m² olan tövlənin 70 m² dam örtüyü yanıb, 35 m² darm örtuyü və tövlə yanğından mühafizə olunub.

Tövləyə bitişik olan ümumi sahəsi 105 m² çardağın 77 m² hissəsi yanıb, 28 m² olan hissəsi yanğından mühafizə edilib.

Çardağın altına yığılan 30 ton ot bağlamasının 16.5 tonu yanıb, 13.5 ton ot bağlaması isə mühafizə olunub.

Oxşar xəbərlər

Şərurda fərdi yaşayış evi yanıb
Şərurun Xələc kəndində tövlə və ot bağlamaları yanıb - FOTO
Culfada fərdi yaşayış evində yanğın olub
Hacıqabulda çay evi yanıb
Qazaxda üçotaqlı evdə yanğın olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle