Yevlaxda ağır yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
iy
2025
20:00
0
0
1 225
ff aaaaaaa

Yevlaxda ağır yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb

29 iy, 2025
20:00
1 225

Yevlaxda ağır yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mersedes" markalı minik maşını idarəetməni itirərək aşıb. Hadisə nəticəsində, biri azyaşlı olmaqla, 5 nəfər xəsarət alıb.

Bir ailənin üzvləri olduğu deyilən yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul