Şərurun Xələc kəndində tövlə və ot bağlamaları yanıb - FOTO
sizinxeber.az xəbər saytı

Şərurun Xələc kəndində tövlə və ot bağlamaları yanıb - FOTO


Şərur rayon Xələc kəndində tövlə və ot bağlamaları yanıb.

Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, məlumatla əlaqədar dərhal Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın hadisəsi nəticəsində ümumi sahəsi 105 m² olan tövlənin 70 m² dam örtüyü yanıb, 35 m² darm örtuyü və tövlə yanğından mühafizə olunub.

Tövləyə bitişik olan ümumi sahəsi 105 m² çardağın 77 m² hissəsi yanıb, 28 m² olan hissəsi yanğından mühafizə edilib.

Çardağın altına yığılan 30 ton ot bağlamasının 16.5 tonu yanıb, 13.5 ton ot bağlaması isə mühafizə olunub.

Oxşar xəbərlər

Babək rayonunda ev yanıb
Babək rayonunda mağaza yanıb
Naxçıvanda taxıl sahələri yanıb
Lerikdə ikimərtəbəli ev yanıb
Sabirabadda və Göyçayda ev yanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle