BŞTİ-nin mənimsəmədə ittiham edilən keçmiş əməkdaşına hökm oxunub
Bakı Şəhər Təhsil İdarəsinin külli miqdarda mənimsəmədə təqsirləndirilən keçmiş əməkdaşı Şahin Təhməzovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Şahin Təhmazova 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib.
Qeyd edək ki, Şahin Təhməzov dövlət tərəfindən cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən xüsusi məktəbə ayrılan 84 min manat vəsaiti mənimsəməkdə ittiham olunub. İttihama görə, o, məktəbə bəzi əməkdaşları işə götürmüş kimi qeyd edib və dövlət tərəfindən məktəbə ayrılan həmin işçilərin maaşı kimi nəzərdə tutulmuş vəsaiti bir neçə il ərzində mənimsəyib.
Şahin Təhməzova Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və digər maddələr üzrə yekun ittiham elan olunub.
Oxşar xəbərlər
Sahibkarın pullarını mənimsəyib "TikTok"da hədiyyələr göndərən şəxsə hökm oxunub
"Bakı Şəhər Halqası"nın sabiq şöbə rəisinə hökm oxunub
206 min manat mənimsəməkdə ittiham olunan şirkət rəhbərinə hökm oxunub
Külli miqdarda dələduzluqda ittiham olunan qadına hökm oxunub
Bakıda bir milyon manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













