DTX-nın həbs etdiyi Dövlət Turizm Agentliyinin əməkdaşının həbs müddəti uzadılıb
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynovun həbs müddəti uzadılıb.
APA xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsi müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında qərar qəbul edib.
Məhkəmənın qərarına əsasən, Nicat Hüseynovun həbs müddəti 2 ay müddətinə uzadılıb.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynov DTX tərəfindən bu ilin martın 4-də şübhəli şəxs qismində saxlanılıb və DTX tərəfindən ona qarşı AR Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
DTX Dövlət Turizm Agentliyinin əməkdaşını həbs edib
Fazil Mustafaya sui-qəsd edən Səricanovun oğlunun həbs müddəti uzadılıb
Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı həbs edilib
Dənizkənarı Bulvar İdarəsinin sabiq rəhbərinin həbs müddəti uzadılıb
Elnarə Qasımovanın həbs müddəti uzadılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













