İsrafetmədə təqsirləndirilən məktəb direktoru cinayət məsuliyyətindən azad edilib
Naftalan şəhər Uşaq Musiqi Məktəbinin sabiq direktoru Almaz Əliyevanın cinayət işi üzrə verilmiş apellyasiya şikayəti əsasında keçirilən məhkəmə prosesi yekunlaşıb.
“Sizinxeber.az”un məlumatına görə, Gəncə Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, o, cinayət məsuliyyətindən azad olunub və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.
Qeyd edək ki, Almaz Əliyeva dəymiş ziyanı və cinayət nəticəsində vurulmuş ziyanın 25%-ni dövlət büdcəsinə ödəyib.
İttihama görə, sabiq direktor dərslərdə iştirak etməyən şagirdlərə görə müəllimlərə ümumilikdə 14.320,57 manat həcmində əsassız əməkhaqqı ödənilməsinə şərait yaradıb. Bu vəsait büdcə fondlarından israf edilməklə mənimsənilib.
Almaz Əliyeva Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla israf etmə) maddələri ilə ittiham olunaraq Naftalan Şəhər Məhkəməsinin hökmü ilə 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdi.
Oxşar xəbərlər
Nüfuz alverində ittiham olunan vəkil cinayət məsuliyyətindən azad edilib
Vərəm Dispanserinin keçmiş şöbə müdirinə bəraət verilib
Toyda arvadına söz deyəni bıçaqlayan şəxslə bağlı qərar ləğv edildi
Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalında həbs edilib
Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – MƏHKƏMƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













