sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İrandan PUA ilə Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
Ötən gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
Bu barədə Sizinxeber.az-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 12 kiloqram 100 qram narkotik vasitə marixuana və 399 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülmüşdür.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
İrandan PUA ilə 6 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
İrandan Azərbaycana 42 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
İrandan Azərbaycana PUA-ilə narkotik keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb - VİDEO
İrandan Azərbaycana 46 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













