İrandan PUA ilə Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
iy
2025
11:30

İrandan PUA ilə Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

29 iy, 2025
11:30
673

İrandan PUA ilə Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

İrandan PUA ilə Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyul ayının 28-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 12 kiloqram 100 qram narkotik vasitə marixuana 399 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.

Bizimlə əlaqə saxlayın