Şəmkirdə iki nəfəri bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Şəmkirdə iki nəfəri bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB


Şəmkirdə iki nəfəri bıçaqlayan şəxs saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarənın keçirdikləri müvafiq tədbirlər nəticəsində S. Əliyevə və K. Əliyevə kəsici deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Ehtiram Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

07:59

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakinləri 2005-ci il təvəllüdlü Kazım Əliyev və 1999-cu il təvəllüdlü Sübhan Əliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal hər iki şəxsə yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Araşdırma zamanı məlum olub ki, əmi oğlanları olan həmin şəxsləri həmyerliləri olan Şəmkir şəhər sakini 1984-cü il təvəllüdlü Ehtiram Hüseynov aralarında baş verən münaqişə zəminində bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Şəmkirdə 28 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Şəmkirdə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
Şəmkirdə 45 yaşlı qadın bıçaqlanıb, əri saxlanılıb
Gəncədə yeniyetməni bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
Qazaxda həmyerlisini bıçaqlayan şəxs tutulub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle