sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Sabirabad sakini həmyerlisinə balta ilə xəsarət yetirib
Sabirabad sakininə balta ilə xəsarət yetirilib.
Sizinxeber.az-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gün Sabirabad şəhərində yerləşən kafelərdən birində baş verib.
Aralarında yaranmış mübahisə bir gəncin digərinə balta ilə xəsarət yetirməsi ilə nəticələnib. Yaralı Bakı şəhərinə xəstəxanalardan birinə aparılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sizinxeber.az-nın sorğusuna cavab olaraq bildirilib ki, aralarında yaranmış mübahisə zəminində Nəriman Məmmədova kəsici alətlə xəsarət yetirən Mövlam Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Göyçay sakini qonşusuna balta ilə xəsarət yetirib
Şirvan sakini qonşusunu bıçaqlayıb - YENİLƏNİB
Daşkəsəndə 66 yaşlı qadına balta ilə xəsarət yetirilib
Zaqatala sakini həmyerlisini bıçaqlayıb
Tovuzda ailə üzvləri arasında mübahisə düşüb, 1 nəfər balta ilə öldürülüb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













