Bakıda kafedə qətl törədən şəxsə hökm oxunub
sizinxeber.az xəbər saytı

Bakıda kafedə qətl törədən şəxsə hökm oxunub


Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən Həsən Kazımovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinhakim Elmir Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib.

O, müdafiə etdiyi şəxsin ttiham olunduğu maddənin 126.3-cü maddəyə tövsif olunmasını və təqsirləndirilənə yüngül cəza verilməsini xahiş edib.

Həsən Kazımov son sözlə çıxış edərək peşman olduğunu bildirib. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Həsən Kazımova 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Dövlət ittihamçısı Həsən Kazımovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə ötən il noyabrın 16-da paytaxtın Nizami rayonu, Özbəkistan küçəsində baş verib. İttihama görə, Həsən Kazımov küçədəki kafeyə girərkən nalayiq ifadələr işlədən gənclərə xəbərdarlıq edib və bundan sonra mübahisə yaranıb. Bu zaman Həsən Kazımov Ümid Soltanovun qarın nahiyəsinə üzərindəki ov bıçağı ilə zərbələr endirib.

Ümid Soltanovun aldığı xəsarətdən xəstəxanada həyatını itirib.

Həsən Kazımova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) , 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 228.4-cü (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

Oxşar xəbərlər

Ramanada qətlə görə tutulan yeniyetməyə hökm oxunub
Zaqatalada bacısını güllələyən şəxsə hökm oxunub
Qaradağda qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn çağırışlar etməkdə ittiham edilən şəxsə hökm oxunub
Balaxanıda qadına qarşı quldurluqda təqsirləndirilən şəxsə hökm oxunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle