Bakıda qətl törətməkdə təqsirləndirilən gəncə hökm oxunub
sizinxeber.az xəbər saytı

Bakıda qətl törətməkdə təqsirləndirilən gəncə hökm oxunub


Bakıda mübahisə etdiyi şəxslərdən birini qətlə yetirməkdə təqsirləndirilən Həsən Kazımovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmir Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 10 il müddətə azadlıqdan məhrum edilib.

İttihamda bildirilib ki, 2007-ci il təvəllüdlü Həsən Kazimov 16 noyabr 2024-cü il tarixində Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 1 ünvanında yerləşən kafeyə daxil olmaq istəyərkən iaşə obyektinin qarşısında dayanmış Ümid Hikmət oğlu Soltanov, Adil İsmayılov və digərlərinə öz aralarında nalayiq ifadələr işlətməklə yüksək səslə danışmalarına iradını bildirib.

Bu zaman Adil İsmayılovla aralarında mübahisə yaranıb və əlbəyaxa olublar. Bundan sonra hadisə yerində olan Ümid Soltanovla da mübahisə edərək əlbəyaxa davaya çıxıblar.

İstintaq zamanı o da müəyyən edilib ki, Həsən Kazımov üzərindəki ov bıçağı ilə Ümid Soltanovun qarın nahiyəsinə zərbə endirib. Nəticədə aldığı xəsarətdən çoxlu qan itirən Ümid Soltanov həyatını itirib.

Baş verən hadisə ilə bağlı Həsən Kazımov şübhəli şəxs qismində saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) ilə yanaşı, digər maddələrlə də ittiham irəli sürülüb.

Oxşar xəbərlər

Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Bakıda mübahisə zamanı gənc oğlanı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Qaradağda 50 manata görə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsə 15 il 6 ay həbs cəzası verilib
Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bakıda kafedə qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle