Naxçıvanda çilingəri cərəyan vuraraq öldürüb
Naxçıvanda “Araz Su Elektrik Stansiyası” yaxınlığında meyit aşkarlanıb.
APA xəbər verir ki, Babək Rayon Su Meliorasiya Sistemlərinin İstismarı Şöbəsinin mexanik-çilingəri Naxçıvan şəhər sakini 1967-ci il təvəllüdlü Şahsuvar Suvarovun meyitinin “Araz Su Elektrik Stansiyası” yaxınlığında aşkarıanması barədə Rayon Prokurorluğuna məlumat daxil olub.
Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik əməliyyat qrupunun dalğıc-xilaaediciləri cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
İlkin araşdırma üzrə hadisə yerinə baxış keçirilərkən onun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı Babək rayon prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
"Araz" SES yaxınlığında meyit aşkarlanıb
Naxçıvanda elektrik vurması nəticəsində 9 yaşlı uşaq ölüb
Naxçıvanda 9 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb
Xəzər dənizində meyit aşkarlanıb
Astarada 37 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













