"Araz" SES yaxınlığında meyit aşkarlanıb
sizinxeber.az xəbər saytı

"Araz" SES yaxınlığında meyit aşkarlanıb


Naxçıvan Muxtar Respublikasının (MR) Babək rayonunda yerləşən “Araz" Su Elektrik Stansiyası yaxınlığında meyit aşkar edilib.

"Sizinxeber.az"un yerli bürosunun məlumatına görə, Babək Rayon Su Meliorasiya Sistemlərinin İstismarı Şöbəsinin mexanik-çilingəri, 1967-ci il təvəllüdlü Naxçıvan şəhər sakini Suvarov Şahsuvar Qasım oğlunun “Araz Su Elektrik Stansiyası” yaxınlığında meyitinin aşkarlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik əməliyyat qrupunun dalğıc-xilasediciləri cəlb ediliblər. Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə istintaq orqanına təhvil verilib.

İlkin araşdırma üzrə hadisə yerinə baxış keçirilərkən sonuncunun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı Babək rayon prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər

Naxçıvanda çilingəri cərəyan vuraraq öldürüb
Naxçıvanda 9 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb
Bulvarda sudan meyit çıxarılıb
Dənizkənarı Milli Park ərazisində sudan meyit çıxarılıb
Şərurda həmkəndlisini öldürməkdə şübhəli bilinən qadın saxlanılıb, cinayət işi açılıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle