FHN: Ötən həftə ərzində 780 yanğına çıxış olub, 7 nəfərin meyiti aşkar edilib
sizinxeber.az xəbər saytı

FHN: Ötən həftə ərzində 780 yanğına çıxış olub, 7 nəfərin meyiti aşkar edilib


Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 780 yanğına çıxış, 50 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 10-u azyaşlı olmaqla 51 nəfər, o cümlədən dənizdə batma təhlükəsi olan 15 nəfər xilas edilib, 7 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər

FHN: Ötən həftə 940 yanğına çıxış olub, 12 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib
FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
Ötən həftə 145 yanğına çıxış olub, 4 nəfərin meyiti aşkarlanıb
FHN: Ötən həftə 353 yanğına çıxış olub, 26 nəfər xilas edilib
FHN: Ötən həftə 181 yanğına çıxış olub, 9 nəfərin meyiti aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər