Novxanı çimərliyində batan şəxslərlə bağlı araşdırma aparılır - VİDEO - YENİLƏNİB-1
sizinxeber.az xəbər saytı

Novxanı çimərliyində batan şəxslərlə bağlı araşdırma aparılır - VİDEO - YENİLƏNİB-1


Novxanı çimərliyində batan şəxslərlə bağlı araşdırma aparılır.

APA xəbər verir ki, ötən gün Binəqədi rayonunun Novxanı-Pirşağı yolunun kənarında yerləşən “Novxanı” ictimai çimərliyində Rəvan Əliyev və Əli Cabbarovun boğularaq ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.


***
20:48

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.



***

Xəzər dənizinin Sumqayıt sahilində faciəvi hadisə baş verib.

APA-nın məlumatına görə, Bakıdan Sumqayıt çimərliyinə gələn 15 yaşlı iki yeniyetmə dənizdə çimərkən boğulma təhlükəsi ilə üzləşib.

Onlara kömək etmək istəyən şəxs yeniyetmələrdən birini xilas edə bilsə də, digərinə kömək etmək istəyən zaman onunla birlikdə boğulub.

2009-cu il təvəllüdlü Cabbarov Əli və ona yardım etməyə çalışan şəxs - 2002-ci il təvəllüdlü Arif Əsədullayev Dövlət Sərhəd Xidmətində (DSX) baş çavuş imiş.

O, suda batan 16 yaşlı yeniyetmə Əli Cabbarovu xilas etmək istəyərkən boğulub.

A.Əsədullayevin hərbi xidmətdən məzuniyyətə gəldiyi bildirilib.

Hazırda axtarışlar davam edir.

Oxşar xəbərlər

Novxanıda dənizdə 2 nəfər batıb
Novxanıda dənizdə batan iki yeniyetmənin meyiti çıxarılıb - FOTO - YENİLƏNİB-1
Novxanıda iki yeniyetmə dənizdə batıb - FOTO - YENİLƏNİB
Novxanıda dənizdə batan məktəblilərin meyitləri tapılıb - YENİLƏNİB-3
Novxanıda dənizdə batan iki yeniyetmənin meyiti çıxarılıb - FOTO - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle