Şəkidə “VAZ” markalı minik avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTOLENT  - VİDEO - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Şəkidə “VAZ” markalı minik avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTOLENT - VİDEO - YENİLƏNİB


Xəbərə fotolar və video əlavə edilib.

***

11:29

Şəki rayonunda “VAZ” markalı minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki -Oğuz avtomobil yolunun rayonun Köbər-Zəyzid kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili “VAZ 2101” markalı minik avtomobili ilə toqquşub. Qəzadan sonra “VAZ 2107” markalı avtomobil yol kənarındakı çökəkliyə düşüb. Qəza zamanı “VAZ 2101” markalı avtomobilin sürücüsü və bir nəfər sərnişin xəsarət alıb.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə yerləşdirilib. Hazırda yaralılara tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Zaqatala minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Şəkidə minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alan var
Zaqatalada minik avtomobilləri toqquşub, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
Şəkidə minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Şəkidə minik və yük avtomobili toqquşub, xəsarət alanlar var - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle