Ağdamdakı qəzada yaralananların kimliyi məlum olub - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Ağdamdakı qəzada yaralananların kimliyi məlum olub - YENİLƏNİB


Ağdamda baş vermiş qəzada yaralananların kimliyi məlum olub.

APA-nın yerli müxbirinin əldə etdiyi məlumata görə, bunlar Şükürov Yaşar Vəliyəddin oğlu, Quliyev Cəmaləddin Kərəm oğlu, Tağıyev Niyaməddin Tofiq oğlu, Məmmədov Emin İsmət oğlu və Əsgərov Vaqif Nurəddin oğludur.

Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

***

19:45

Ağdamda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli müxbiri xəbər verir ki, hadisə Ağdam-Xankəndi yolunun Ağdam rayon Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində beş nəfər xəsarət alıb.

Yaralılar əraziyə çağırılan təcili tibbi yardım avtomobilləri vasitəsilə xəstəxanaya aparılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Fakt araşdırılır.

Oxşar xəbərlər

Ağdamda yol-nəqliyyat hadisəsi zamanı beş nəfər xəsarət alıb
Ağdamda yol qəzasında 5 nəfər xəsarət alıb
Ağdamda qəza baş verib, xəsarət alanlar var
Beyləqanda minik avtomobili ilə motosiklet toqquşub
Göygöldə baş verən qəzada 5 nəfər xəsarət alıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle