Ağdam və Füzulidə dağlıq ərazidə baş vermiş yanğınlar tam söndürülüb
Ağdam və Füzuli rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınlar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.
Sizinxeber.az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat verib.
Hazırda Xocavənd rayonun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi, Xocalı rayonunun Aşağı Yemişcan, Ağdərə rayonunun Talış və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.
Qeyd edək ki, yanğınların söndürülməsi əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları, Qarabağ Regional Mərkəzinin qüvvələri və Aviasiya dəstəsindən helikopterləri iştirak edir.
Oxşar xəbərlər
Ağdam və Füzulidə dağlıq ərazidəki yanğınlar FHN qüvvələri tərəfindən tam söndürülüb - YENİLƏNİB
FHN: Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərədə yanğınların söndürülməsi davam etdirilir - VİDEO
Ağdərədə yanğının söndürülməsinə 620 nəfər şəxsi heyət, 51 texnika, 4 helikopter cəlb olunub - VİDEO
Ağdam və Xocavənd rayonlarında açıq ərazilərdə yanğın başlayıb
Quba və Xaçmazın kəndlərindəki yanğınlar söndürülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













