Sabirabadda kanalda boğulan 20 yaşlı gəncin meyiti tapılıb - YENİLƏNİB
Sabirabadda kanalda boğulan 20 yaşlı gəncin meyiti tapılıb - YENİLƏNİB
Sabirabadda kanalda boğulan gəncin meyiti sudan çıxarılıb.
“Report”un Aran bürosunun məlumatına görə, rayonun Qaragüney kənd sakini, 2005-ci il təvəllüdlü Musayev Səfərağa Elşən oğlunun meyiti dalğıc-xilasedicilər tərəfindən kanalda aşkarlanaraq çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Sabirabadda bir nəfər kanalda batıb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Sabirabad rayonu, Qaragüney kəndində 1 nəfərin suvarma kanalında batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.