Talış və Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınlar meşəlik əraziyə keçib -  VİDEO - YENİLƏNİB-2
sizinxeber.az xəbər saytı

Talış və Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınlar meşəlik əraziyə keçib - VİDEO - YENİLƏNİB-2


Ağdərə rayonu Talış, Goranboy rayonu Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınların söndürülməsi işləri davam etdirilir.

"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, səhər saatlarında başlayan yanğınlar geniş əraziyə yayılaraq meşəlik əraziyə keçib.

Ərazinin çətin relyefli olması yanğına qurudan operativ müdaxilədə çətinliklər yaradır. Bunun üçündə daha çox havadan müdaxilə zərurəti yaranıb.

Hazırda hadisə yerində FHN-in yanğınsöndürmə briqadaları ilə yanaşı, helikopterlər də yanğını söndürmək üçün fəaliyyətlərini davam etdirirlər.

11:44

Ağdərə rayonu Talış, Goranboy rayonu Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınların söndürülməsi işləri davam etdirilir.

"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, səhər saatlarında başlayan yanğınlar küləyin təsiri ilə geniş əraziyə yayılıb.

Hadisə yerinə FHN-in yanğınsöndürən briqadaları ilə yanaşı, helikopterlər də cəlb olunub.

Helikopterlər yanğını söndürmək üçün suyu yaxınlıqdakı Suqovuşan su anbarında götürürlər.

10:57

Ağdərə rayonu Talış, Goranboy rayonu Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınlar başlayıb.

"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, səhər saatlarında başlayan yanğınlar küləyin təsiri ilə geniş əraziyə yayılıb.

Yanğın əsasən quru ot və kolluq ərazidədir.

Hadisə yerinə FHN-in yanğınsöndürən briqadaları cəlb edilib.

Yanğının geniş əraziyə yayılmasının qarşısı almaq məqsədilə tədbirlər görülür.

Oxşar xəbərlər

Talış və Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınlar başlayıb
Talış və Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınlar başlayıb, helikopterlər cəlb olunub - YENİLƏNİB
Üç rayonda yanğının söndürülməsinə helikopterlər və xeyli sayda yanğınsöndürən cəlb edilib
Mina partlayışları Ağdam və Ağdərədəki yanğının söndürülməsini çətinləşdirir
Ağdamın Gülablı kəndində başlayan yanğın Xocavənd rayonu ərazisinə keçib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle