Rəhman Xəlilov Rusiya təhlükəsizlik qüvvələrinin onun şirkətində axtarış aparması ilə bağlı məlumatları təkzib edib - YENİLƏNİB
Rusiyanın ən böyük neft məhsulları daşıyıcısı olan “REILGO MMC” şirkətinin rəhbəri Rəhman Xəlilov Rusiya təhlükəsizlik qüvvələrinin şirkətin ofisində axtarışlar aparması ilə bağlı yayılan məlumatları təkzib edib.
“Sizinxeber.az” xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat yayıb.
“Şirkətimizdə hər şey qaydasındadır, heç bir axtarış olmayıb, sakitlikdir”, - o deyib.
“REILGO MMC”-dən “Sizinxeber.az”a bildirilib ki, şirkətlə bağlı hər hansı əməliyyat-istintaq tədbirləri həyata keçirilməyib.
“REILGO MMC” ofisində axtarış həyata keçirilməsi ilə bağlı istənilən məlumatı rəsmi olaraq təkzib edir və məsuliyyətlə bildirir ki, bu gün - 25 iyul 2025-ci il tarixində şirkətin ofisində iş adi rejimdə aparılıb”, - şirkətdən bildirilib.
Rusiya hüquq-mühafizə orqanlarının nümayəndələri cümə günü Moskvada azərbaycanlı biznesmen Rəhman Xəlilova məxsus neft məhsullarının daşınması ilə məşğul olan Railgo şirkətinin ofisinə axtarışa başlayıblar.
“Sizinxeber.az”un sosial şəbəkədə yayılan məlumatlara istinadən verdiyi xəbərə əsasən, ərazidə xüsusi təyinatlılar və müstəntiqlər işləyirlər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları sənədləri müsadirə edir və işçiləri binadan çıxmağa qoymurlar.
Oxşar xəbərlər
Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı biznesmenin ofisində axtarışlar aparır
İsgəndər Xəlilovun oğlunun şirkəti ofisdə axtarış aparılmasını təkzib edib - YENİLƏNİB
İstintaq Komitəsi: “Wildberries”in ofisində atışma nəticəsində iki nəfər ölüb, yeddi nəfər yaralanıb
Cənubi Koreya polisi Prezidentin ofisində ikinci dəfə axtarış aparır
Moldova parlamentində axtarış aparılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













