FHN: Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərədə yanğınların söndürülməsi davam etdirilir - VİDEO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
25 
iy
2025
17:50
0
0
1 661
ff aaaaaaa

FHN: Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərədə yanğınların söndürülməsi davam etdirilir - VİDEO

25 iy, 2025
17:50
1 661

FHN: Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərədə yanğınların söndürülməsi davam etdirilir - VİDEO

Ağdam, Xocalı, Xocavənd, Füzuli, Ağdərə rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, relyefin mürəkkəbliyi, havanın yüksək temperaturu və küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq həyata keçirilir: "Ümumilikdə yanğınların söndürülməsi əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri, Qarabağ Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopterləri iştirak edir.

Əlavə məlumat veriləcək".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul