Ceyranbatanda sexdə yanğın olub
Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində sexdə yanğın baş verib.
Bu barədə "Sizinxeber.az"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının karton istehsalı müəssisəsinin ərazisində karton qutuların yığıldığı sahədə baş verdiyi və sexlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
"Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində karton qutuların yığıldığı sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən sexlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində sexin ərazisində 400 kv.m. sahədə 250 ədəd karton qutu, 4 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və 1 ədəd kondisioner yanıb. Sexlər yanğından mühafizə olunub", - məlumatda qeyd olunub..
Oxşar xəbərlər
Masallıda sexdə yanğın olub
Sumqayıtda sexdə yanğın olub
Saray qəsəbəsi ərazisində sexdə yanğın - FOTO - VİDEO
Saray qəsəbəsi ərazisində sexdə yanğın olub - FOTO - VİDEO
Sumqayıtda polietilen istehsalı sexində yanğın olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













