Goranboyda iki qadının öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB-2
sizinxeber.az xəbər saytı

Goranboyda iki qadının öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB-2


Goranboyda iki şəxsin öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Goranboy Rayon Prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, bu gün gecə saat 02 radələrində Goranboy rayon sakinləri 1978-cı il təvəllüdlü Lalə İsmayılova və 1948-cil il təvəllüldlü Tamella İsmayılovanın yaşadıqları evdə öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 2010-cu il təvəllüdlü R.Həsənovun (şərti) aralarında yaranmış mübahisə zamanı bıçaqla anası Lalə İsmayılova və nənəsi Tamella İsmayılovaya xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. R.Həsənov (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

02.40

Goranboy şəhər sakini anasını və nənəsini qətlə yetirməkdə şübhəli bilinir.

“Sizinxeber.az”un Qərb bürosunun məlumatına görə, 1978-ci il təvəllüdlü İsmayılova Lalə Saleh qızı və onun anası, 1948-ci il təvəllüdlü İsmayılova Tamella Dilənçi qızının meyiti tibbi ekspertizaya aparılıb.

Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır.

02:21

Goranboy şəhərində iki qadın bıçaqlanaraq qətlə yetirilib.

“Sizinxeber.az”un Qərb bürosunun məlumatına görə, qətlə yetirilən qadınların kimliyi və hadisənin təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Goranboyda 15 yaşlı oğlan anasını və nənəsini qətlə yetirib - YENİLƏNİB-1
Binədə 52 yaşlı kişi qətlə yetirilib
Naxçıvan sakini həmkəndlisini öldürməkdə şübhəli bilinir
Xəzər rayonunda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
Qobustanda ər arvadını öldürməkdə şübhəli bilinir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle