Şəkidə güclü yanğın olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
25 
iy
2025
08:50

Şəkidə güclü yanğın olub

25 iy, 2025
08:50
559

Şəkidə güclü yanğın olub

Şəkidə yanğın olub.

Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, gecə saatlarında rayonun Baş Göynük kəndində, kənd sakini Zaməddin Xəlpətovun yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsində yanğın olub.

Yanğın nəticəsində tövlənin dam örtüyünün yanar konstruksiyaları, tövlənin çardağında olan 10 tondan yuxarı quru ot bağlaması, tövlənin içərisinə yığılmış taxıl, 30 baş ev quşu və tövləyə bitişik yardımçı tikili yanıb.

Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsi üçün əraziyə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyətləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın