Goranboyda ana və qızını qətlə yetirən şəxs saxlanılıb - YENİLƏNİB
Goranboyda iki nəfəri qətlə yetirən şəxs saxlanılıb.
Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 15 yaşlı S. Abdullayev saxlanılaraq istintaqa təhvil verilib.
***
02:13
Goranboyda qətl hadisəsi baş verib.
Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə hadisə Goranboy şəhərinin Mirzə Fətəli Axundov küçəsində qeydə alınıb.
Belə ki, iki qadın; 1978-ci il təvəllüdlü L. İsmayılova və onun anası 1948-ci il təvəllüdlü T. İsmayılova bıçaqlanaraq qətlə yetirilib.
Hadisəni L. İsmayılovanın oğlunun törədiyi bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Goranboyda qızına bıçaqla xəsarət yetirən ata saxlanılıb - YENİLƏNİB
Gəncədə qətl hadisəsi olub - YENİLƏNİB 2
Anasını bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb - YENİLƏNİB
Yevlaxda 17 yaşlı oğlan qətlə yetirilib, üç nəfər saxlanılıb - YENİLƏNİB-1
Goranboyda ata yeniyetmə qızını bıçaqlamaqda təqsirləndirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













