Lənkəranda mağazada yanğın söndürülüb - VİDEO - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Lənkəranda mağazada yanğın söndürülüb - VİDEO - YENİLƏNİB


Lənkəranda mağazada baş verən yanğın söndürülüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə "DOSA" kimi tanınan ərazidə mağazada baş verən yanğın tam söndürülüb.

Görülən tədbirlər nəticəsində yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, yanğın zamanı hər hansı bir xəsarət qeydə alınmayıb.

Hazırda yanğının hansı səbəbdən baş verməsi araşdırılır.

***

23:29

Lənkəran şəhərində yerləşən mağazaların birində yanğın başlayıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə yanğın hadisəsi şəhərin "DOSA" kimi tanınan ərazisində yerləşən mağazada baş verib.

Dərhal yanğın yerinə FHN-nin Lənkəran Yanğından Mühafizə Hissəsinin 2 texnikası, canlı qüvvəsi eləcə də polis və təcili yardım briqadası cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər aparılır. Əldə etdiyimiz məlumata görə artıq yanğın ətrafdakı mağazaya da keçib.

Polis əməkdaşları tərəfindən yanğın baş verən ərazi nəzarətə götürülməklə mühafizə tədbirləri həyata keçirilib.

Hazırda alovun digər tikililərə keçməsinin qarşısı alınır.

Oxşar xəbərlər

Lənkəranda mağazada yanğın baş verib
Goranboyda mağazada yanğın olub
Lənkəranda yanğın zamanı ata və oğlu xəsarət alıb
Maştağada mağazada yanğın olub
Lənkəranda bazarda yanğın baş verib - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle