sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Lənkəranda mağazada yanğın baş verib
Lənkəran şəhərində yerləşən mağazaların birində yanğın başlayıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə yanğın hadisəsi şəhərin "DOSA" kimi tanınan ərazisində yerləşən mağazada baş verib.
Dərhal yanğın yerinə FHN-nin Lənkəran Yanğından Mühafizə Hissəsinin 2 texnikası, canlı qüvvəsi eləcə də polis və təcili yardım briqadası cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində işlər aparılır. Əldə etdiyimiz məlumata görə artıq yanğın ətrafdakı mağazaya da keçib.
Polis əməkdaşları tərəfindən yanğın baş verən ərazi nəzarətə götürülməklə mühafizə tədbirləri həyata keçirilib.
Hazırda alovun digər tikililərə keçməsinin qarşısı alınır.
Oxşar xəbərlər
Lənkəranda yanğın zamanı ata və oğlu xəsarət alıb
Lənkəranda bazarda yanğın baş verib - VİDEO
Şəmkirdə yük avtomobili yanıb
Goranboyda fermada yanğın baş verib
Goranboyda mağazada yanğın olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













