Uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi məhkəməyə göndərilib
sizinxeber.az xəbər saytı

Uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi məhkəməyə göndərilib


Uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluqdan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri Xətai rayonunda yerləşən 202 saylı körpələr evi-uşaq bağçasının müdiri Simuzər Paşayeva və həmin uşaq bağçasının təsərrüfat işləri üzrə müdir müavini Qənirə Kazımovanın qanunsuz əməlləri barədə rayon prokurorluğunda aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

İstintaqla Simuzər Paşayeva və Qənirə Kazımovanın qeyd olunan vəzifələrdə işlədikləri müddətdə öz qulluq mövqeyindən istifadə edərək onlara etibar edilmiş xeyli miqdarda dövlət vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan şəxslərə Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə ittiham elan edilməklə cinayət işi 18 aprel 2025-ci il tarixdə aidiyyəti üzrə Xətai rayon məhkəməsinə göndərilib.

Eyni zamanda həmin tarixdə cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması məqsədilə tədbirlər görülməsi üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə təqdimat göndərilib.

Qeyd edək ki, BŞTİ bu gün 202 nömrəli körpələr evi-uşaq bağçasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinq aparıldığını açıqlayıb. Monitorinq zamanı müəssisədə bir sıra ciddi nöqsanlar (qeydiyyatdan kənar uşaqların olması, normadan artıq qida sifarişi, maliyyə-təsərrüfat qaydalarının və əmək qanunvericiliyinin kobud şəkildə pozulması) aşkar edilib.

Araşdırmanın nəticələrinə uyğun olaraq, 23 iyul 2025-ci il tarixində 202 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Paşayeva Simuzər Əlimirzə qızı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən bağça müdirinin işəgötürmə prosesində rüşvət tələb etdiyi ilə bağlı şikayət yayımlanıb.

Oxşar xəbərlər

Dələduzluqda ittiham olunan bağça direktorunun ittiham aktı elan olunub
Orta məktəbdə mənimsəmə ilə bağlı cinayət işi başlandı
Baş Prokurorluq dələduzluqda ittiham olunan şəxsin əsassız məsuliyyətə cəlb edilməsi iddialarına cavab verib
Bələdiyyə sədri, direktor və mühasiblə bağlı iş üzrə 160 min manatlıq əmlaklara həbs qoyulub, 65 min manat ziyan ödətdirilib
Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle