Azərbaycan Özbəkistanda axtarışda olan şəxsi ölkəsinə ekstradisiya edib
sizinxeber.az xəbər saytı

Azərbaycan Özbəkistanda axtarışda olan şəxsi ölkəsinə ekstradisiya edib


Azərbaycan Özbəkistan Baş prokurorluğunun vəsatətini təmin edərək bu ölkənn vətəndaşı olan 1982-ci il təvəllüdlü Yusupov Amonbek Abdulxakoviçin (Yusupov Amonbek Abdulkhakovich) Özbəkistana ekstradisiya edib.

"Report"a Azərbaycanın Baş prokurorluğundan verilən məlumata görə, Özbəkistanda Prezidentin şərəf və ləyaqətini alçaltma cinayətinin törədilməsində təqsirləndirilərək, dövlətlərarası axtarışa verilmiş A.A.Yusupov cari ilin aprel ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.

Oxşar xəbərlər

Azərbaycan axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı ölkəsinə təhvil verilib
Beynəlxalq axtarışda olan şəxs Rusiyaya ekstradisiya edilib
Azərbaycan Özbəkistanın axtarışa elan etdiyi şəxsi ekstradisiya edib
Azərbaycan axtarışda olan Özbəkistan vətəndaşını ölkəsinə təhvil verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər