Neftçala sakini arvadına və qayınatasına xəsarət yetirib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Neftçala sakini arvadına və qayınatasına xəsarət yetirib - YENİLƏNİB


İyulun 23-də saat 17:30 radələrində 2 nəfər (biri qadın, biri kişi cinsli) Neftçala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən Sizinxeber.az-nın sorğusuna cavab olaraq bildirilib ki, 1966-cı il təvəllüdlü şəxsə (kişi cinsli) döş qəfəsinin deşilmiş yaraları, 1986-cı il təvəllüdlü şəxsə isə (qadın cinsli) qarının epiqastral nahiyəsinin kəsilmiş-deşilmiş və bədənin çoxsaylı deşilmiş yaraları diaqnozu təyin olunub.

Hər iki şəxsə zəruri tibbi xidmətlər göstərildikdən sonra onlar Cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Gülcahan Məmmədova

***

10.01

Neftçala rayon sakini arvadına və qayınatasına xəsarət yetirib.

Sizinxeber.az-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xıllı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Fərid Bağırov qayınatası Hüseyn Əhmədova küçədə, arvadı Əfsanə Bağırovaya isə yaşadığı evdə vintaçanla xəsarətlər yetirib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sizinxeber.az-nın Mil-Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Oxşar xəbərlər

Dünən atası tərəfindən bıçaqlanan azyaşlının vəziyyəti açıqlanıb
Lənkəranda 43 yaşlı kişi bıçaqlanıb - YENİLƏNİB
Lənkəranda 43 yaşlı kişi bıçaqlanıb - FOTO - YENİLƏNİB
Cəlilabadda qəzada xəsarət alanların vəziyyəti açıqlanıb
Lənkəranda 43 yaşlı kişini blçaqlayan şəxs tutulub - FOTO - YENİLƏNİB-1

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle