Türkiyədə 11 nəfərin həlak olduğu meşə yanğınları ilə bağlı istintaq başladılıb - VİDEO - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Türkiyədə 11 nəfərin həlak olduğu meşə yanğınları ilə bağlı istintaq başladılıb - VİDEO - YENİLƏNİB


Türkiyənin Eskişehir vilayətində on işçinin həlak olduğu meşə yanğınları ilə bağlı ölkənin Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.

APA xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç açıqlayıb.

Hadisə ilə bağlı məlumat verən səhiyyə naziri Kemal Memişoğlu yanğın bölgəsindən çıxarılan yeddi nəfərin müalicəsinin xəstəxanada davam etdiyini, onlardan birinin vəziyyətinin ağır olduğunu deyib.

Bildirilib ki, xəstəxanaya yerləşdirilən 14 işçidən yeddisi ilkin tibbi yardımdan sonra evə buraxılıb.

***
22:06


Türkiyənin Eskişehir vilayətinin Seyitqazi rayonunda baş verən meşə yanğını küləyin təsiri ilə güclənərək ətraf rayonlara da yayılıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə yerli media məlumat yayıb.

Qeyd olunub ki, yanğını söndürmək üçün ərazidə çalışan 11 nəfər həlak olub.

Oxşar xəbərlər

Türkiyənin Eskişehir vilayətindəki meşə yanğını ətraf ərazilərə yayılıb, 11 nəfər ölüb - VİDEO
Türkiyənin 7 vilayətində meşə yanğınları ilə bağlı 9 nəfər həbs edilib
Türkiyədə iyulda baş verən 61 meşə yanğını ilə bağlı 4 nəfər həbs edilib
Eskişehirdə meşə yanğınını söndürərkən ərazidə çalışan 10 nəfər həlak olub
Kaliforniyada meşə yanğınları səbəbindən 30 min nəfər təxliyə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər