sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Şəmkirdə bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub - YENİLƏNİB
Şəmkir rayonunda baş verən bıçaqlanma hadisəsinin bəzi detalları açıqlanıb.
Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, rayonun Dəllər Daşbulaq kənd sakini, 1993-cü il təvəllüdlü Quliyev Samir Şərif oğlu münaqişə zəminində Dəllər Cırdaxan kənd sakini, 1995-ci il təvəllüdlü Həsənov Cabbar Füzuli oğlunu bıçaqlayaraq ona xəsarət yetirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
21:36
Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.
Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, insident rayon ərazisində qeydə alınıb.
İki nəfər arasında yaranan mübahisə zamanı 1995-ci il təvəllüdlü C.Həsənov bıçaqlanıb.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Oxşar xəbərlər
Şəmkirdə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
Şəmkirdə mübahisə bıçaqlanma ilə nəticələnib
Gəncə sakini qayını tərəfindən bıçaqlanıb
Biləsuvarda ticarət mərkəzində mübahisə yaranıb, bir nəfər bıçaqlanıb
Göygöldə baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatları məlum olub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













