Bakıda içkili sürücü qəzaya səbəb olub - FOTO - VİDEO
sizinxeber.az xəbər saytı

Bakıda içkili sürücü qəzaya səbəb olub - FOTO - VİDEO


Bakının Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az xəbər verir ki, yüksək sürətlə hərəkət edən 77 GT 208 dövlət qeydiyyat nişanlı "Mini Cooper" markalı avtomobilin sürücüsü idarəetməni itirərək, onunla eyni istiqamətdə hərəkət edən 90 LF 135 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobilə çırpılıb.

Zərbənin təsirindən "Mini Cooper" yolun kənarındakı dəmir maneəni aşaraq divara çırpılıb. Hadisə yerinə dərhal yol patrul xidməti əməkdaşları cəlb olunub.

Araşdırmalar zamanı "Mini Cooper" sürücüsünün içkili vəziyyətdə sükan arxasında olduğu müəyyən edilib.

Qəza nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.



Loğman Kamranlı

Oxşar xəbərlər

Bakıda ağır zəncirvari qəza baş verib, körpüdə hərəkət dayandırılıb - FOTO
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alan var
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alan var - FOTO
Naxçıvanda zəncirvari qəza olub, 4 avtomobil toqquşub - FOTO
Kəngərlidə avtobus avtomobilə çırpılıb, xəsarət alan var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər