ADY dəmiryolu xətlərinin mühafizə zolağında evlərin qanunsuz tikilməsi ilə bağlı məhkəməyə müraciət edib - YENİLƏNİB
Azərbaycan Dəmir Yolları" QSC Bakı sərnişin-Keşlə, Nərimanov-Böyükşor dəmiryolu xətlərinin mühafizə zolağında evlərin qanunsuz tikilməsi ilə bağlı məhkəməyə müraciət edib.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Hacıyev “Sizinxeber.az-Economics”ə açıqlamasında deyib.
"Nərimanov Rayon Polis İdarəsində qeyd edilən ərazilərin qanunsuz zəbt edilməsi, qanunsuz tikinti fəaliyyəti ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün ADY tərəfindən məhkəməyə müraciət olunub".
***
20:21
Paytaxtın Nərimanov rayonunda Bakı sərnişin-Keşlə, Nərimanov-Böyükşor dəmir yolu xətləri arasında mühafizə zolağına aid torpaq sahələri zəbt olunaraq qanunsuz tikinti işləri aparılıb.
DİN Mətbuat Xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, fakta görə Cinayət Məcəlləsinin qanunla müəyyən edilmiş, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi özbaşına tikinti və ya tikinti işlərini aparma maddəsi ilə cinayət işi başlanıb.
Nərimanov Rayon Polis İdarəsində qeyd edilən ərazilərin qanunsuz zəbt edilməsi, qanunsuz tikinti fəaliyyəti ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün ADY tərəfindən məhkəməyə müraciət olunub.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Oxşar xəbərlər
Bakıda dəmiryolu xətlərinin mühafizə zolağında evlərin qanunsuz tikilməsi ilə bağlı cinayət işi açılıb
Bakıda dəmiryol mühafizə zonasında qanunsuz tikililərlə bağlı cinayət işi açılıb
Nərimanov-Böyükşor və Bakı sərnişin dəmiryolu xətlərinin mühafizə zolağında qanunsuz tikilən evlər sökülür - FOTO
ADY: Nərimanov-Böyükşor, Keşlə sahələrində dəmir yolunun mühafizə zolağında qanunsuz tikilən evlər sökülür - FOTO
Dörd rayonda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işləri başlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













