DİN çimərliklərdə azyaşlıların nəzarətsiz qalması ilə bağlı çağırış edib - VİDEO
Daxili İşlər Nazirliyi çimərlik zonalarında azyaşlıların nəzarətsiz qalması ilə bağlı çağırış edib.
DİN-dən Sizinxeber.az-ya verilən məlumatda bildirilib ki, hazırda müşahidə olunan qızmar yay günlərində insanların çimərliklərə və istirahət zonalarına kütləvi axını müşahidə olunur: "Bütün bunlar nəzərə alınaraq polis əməkdaşlarının çimərlik və istirahət məkanlarında fasiləsiz xidməti davam etdirilir. Sıxlıq müşahidə edilən ərazilərdə, xüsusilə azyaşlıların təhlükəsizliyini təmin etmək diqqət mərkəzində saxlanılır. Valideynlərə müraciət edərək bildiririk ki, azyaşlılar üzərində ani nəzarətsizlik böyük faciə ilə nəticələnə bilər. Xüsusən, çimərlik zonalarında azyaşlıların nəzarətsiz buraxılması qəti yolverilməzdir. İstirahət zonalarında qarşılaşdığınız xoşagəlməz hallar barədə isə dərhal yaxınlıqda xidmət aparan polis naryadlarına məlumat verə bilərsiniz. Burada əsas məqsəd ictimai asayişi qorumaq və insanların istirahətini təhlükəsiz şəraitdə keçirməsini təmin etməkdir".
Oxşar xəbərlər
FHN uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib - VİDEO
FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib - VİDEO
FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
FHN: Son bir ayda təhlükəli və köməksiz vəziyyətdə qalan 56 uşaq xilas edilib
FHN çimərlik mövsümünə hazırlıqla bağlı media-tur təşkil edib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













