sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Balakəndə kafeyə hücum edən şəxs icarədarı ölümlə hədələyib
Balakən rayonunda yerləşən obyektlərin birində gecə saatlarında quldurluq hadisəsi qeydə alınıb. Kəsici alətlə kafeyə daxil olan naməlum şəxs qadın icarədardan kassada olan pulları tələb edib və verməyəcəyi təqdirdə onu ölümlə hədələyib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə təqsirli bilinən 29 yaşlı Ramazan Ramazanov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə R.Ramazanov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Göyçayda maskalanıb mağazadan oğurluq edən şəxslər saxlanılıb
Masallıda 11 il əvvəl törədilmiş quldurluğa görə 3 nəfər həbs edilib
Bakıda quldurluq edən maskalı şəxslər saxlanılıb
Bakıda quldurluq edən maskalı şəxs saxlanılıb - VİDEO
"Şərab evi"ndə satıcını bıçaqla hədələyib kassa aparatını ələ keçirən şəxs saxlanılıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













