Gəncədə 24 yaşlı oğlan iki qardaşı bıçaqlayaraq hadisə yerindən qaçıb - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
iy
2025
11:00

Gəncədə 24 yaşlı oğlan iki qardaşı bıçaqlayaraq hadisə yerindən qaçıb - YENİLƏNİB

23 iy, 2025
11:00
359

Gəncədə 24 yaşlı oğlan iki qardaşı bıçaqlayaraq hadisə yerindən qaçıb - YENİLƏNİB

Gəncədə 24 yaşlı gəncin bıçaqladığı qardaşlar xəstəxanadan evə buraxılıb.

TƏBİB-dən "Sizinxeber.az"un Qərb bürosuna verilən məlumata görə, iyulun 23-ü saat 01:30 radələrində 2 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.

Qeyd olunub ki, onlara budun açıq və döş qəfəsinin digər şöbələrinin açıq yaraları diaqnozu təyin olunub. Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıb.

09.21

Gəncədə iki qardaş bıçaqlanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları aparılır.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, 1993-cü il təvəllüdlü V.Qazıyev və onun qardaşı - 1999-cu il təvəllüdlü D.Qazıyev mübahisə zəminində bıçaq xəsarəti alıblar.

Onlar xəstəxanaya aparılıb, vəziyyətləri kafi qiymətləndirilir.

Onları bıçaqlamaqda şübhəli bilinən 2001-ci il təvəllüdlü F.Qurbanov isə hadisə yerindən qaçıb.

Hadisənin başvermə səbəbləri hələ məlum deyil. Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın