Şabranda avtomobilin darvazaya çırpılması nəticəsində bir nəfər ölüb, 2 nəfər yaralanıb - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şabran şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Sizinxeber.az FHN-ə istinadən məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Daewoo” markalı minik avtomobili yol kənarındakı beton maneəyə çırpılıb, 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsindən 1 nəfər çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
***
09.02
Şabranda avtomobilin yaşayış evinin darvazasına çırpılması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
Sizinxeber.az xəbər verir ki, Şabran şəhər sakini, 2001-ci il təvəllüdlü Ramazan Süleymanovun idarə etdiyi “Daewoo Gentra” markalı avtomobil Şabran şəhəri Heydər Əliyev prospektində yerləşən yaşayış evinin darvazasına çırpılıb.
Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər, 2005-ci il təvəllüdlü Kamal Əhmədov və 2001-ci il təvəllüdlü Ümid Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Şabran RPŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Şəkidə avtomobili dərəyə aşıb, xəsarət alan var
Gədəbəydə avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Füzulidə yük avtomobili maneəyə çırpılıb, ölən var
Qəza nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalan şəxs xilas edilib
Qubada yük və minik maşınları toqquşub, xəsarət alanlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













