Kürdəmirdə zəhərlənənlərin sayı səkkizə çatıb
Kürdəmirdə qidadan zəhərlənənlərin sayı 8 nəfərə çatıb.
"Sizinxeber.az"un Yuxarı Şirvan bürosu xəbər verir ki, onlardan 2-si uşaq, 6-sı böyükdür.
Onların hər biri Kürdəmir rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Müvafiq qurumlar hələlik hadisə ilə bağlı açıqlama yaymayıb.
Kürdəmirdə kütləvi zəhərlənmə hadisəsi baş verib.
"Sizinxeber.az"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Cəyli kəndində qeydə alınıb.
Belə ki, kənd sakinləri qohumlarla birgə evdə yemək yedikdən sonra qəfildən onların halı pisləşib. Ümumilikdə 7 nəfər zəhərlənib. Onlardan biri uşaqdır.
Onlar dərhal təcili tibbi yardım briqadasının köməyi ilə Kürdəmir rayon mərkəzi xəstəxanasına çatdırıblar.
Hər bir şəxsə ilkin tibbi yardım göstərilib.
Həkimlər onların vəziyyətini orta ağır qiymətləndirir.
Oxşar xəbərlər
Kürdəmirdə kütləvi zəhərlənmə hadisəsi olub
Kürdəmirdə istirahət mərkəzində kütləvi zəhərlənmə olub
Kürdəmirdə kütləvi zəhərlənənlərin sayı 24-ə çatıb
Kürdəmirdə istirahət mərkəzində zəhərlənən şəxslərin adları məlum olub - YENİLƏNİB
Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













